Əlaqə Arxiv
news Image
2014.10.25
14:05
| A A A
Ebolaya yoluxan tibb bacısı sağalıb

Liberiyada Ebola virusuna yoluxan amerikalı tibb bacısı Nina Fem tamamilə sağalıb.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, dünən bu haqda keçirdiyi brifinqdə ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru (NİH) Antoni Fauçi məlumat verib:

"Bizim pasient tam sağalıb. Özünü yaxşı hiss edir. Yəni tam sağalması dəqiqdir. Çünki əlimizdə virusa yoluxan başqa xəstələrin də neqativ testləri var".

Fauşi tibb bacısının Afrikadan Texasa necə gətirildiyini açıqlamayıb.

Brifinqdə tibb bacısı Nina Femin özü də iştirak edib. O, həkimlərə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Nina Fem ABŞ-dan olan,Ebolaya yoluxanilk tibb bacısı deyil. Afrikadan vətəninə çatdırılan tibb bacısı Ember Vilson da Ebola diaqnozu iləı Atlanta şəhərindəki hospitala yerləşdirilib.

Həmçinin Yeni Qvineyadan bu yaxınlarda qayıdan həkim Kreyq Spenserdə virus aşkarlanıb.

Sizin Reklam Yeriniz