Əlaqə Arxiv
news Image
2014.10.25
18:13
| A A A
Hərbi posta hücum: 25 nəfər öldürüldü
Misirin Sinay yarımadasında silahlı zorakılıq faktı qeydə alınıb.

Movqe.az-ın Milli.Az-a istinadən məlumatına görə, silahlı şəxs hərbi posta hücum edib. Hücum zamanı avtomobilə yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində azı 25 hərbçi ölüb, onlarla təhlükəsizlik xidməti əməkdaşları yaralanıb.

Faktla bağlı istintaq araşdırması başladılıb. Polis hücumun cihadçı qruplaşma tərəfindən həyata keçirildiyini deyib. Ölkə prezidenti Abdul Fəttah əl-Sisi Sinay yarımadaındakı vəziyyəti müzakirə məqsədilə milli təhlükəsizlik şurasının fövqəladə iclasını çağırıb.

Bir qədər əvvəl cihadçılar İsrail sərhədlərinə raketdən atəş açmışdılar. Nəticədə iki israilli əsgər yaralanmışdı.
Sizin Reklam Yeriniz