Əlaqə Arxiv
news Image
2014.10.25
20:13
| A A A
Sabahdan yol qəzaları və intiharların sayı arta bilər

Sabah saatlar bir saat geri çəkilir. Bu da yuxu sistemindən başlayaraq bütün bədənimizə təsir edən dəyişiklikdir.

Movqe.az-ın publika.az-a istinadən məlumatına görə, alimlər saatların çəkilməsinin insanların sağlamlığına zərərini açıqlayıblar.

Alimlərin açıqlamasına görə, yuxudan oyanmaq gün işığının beynə çatması və yuxu hormonunun azalması ilə baş verir. Ona görə də, 1 saatlıq fərq belə bütün sistemə mənfi təsir edə bilər. Bu hal xüsusən də, beyin və ürəyin işində problem yaradır. Bəzi hormonlarla əlaqədar olaraq qan təzyiqi artır və bu da ürək ritminin pozulması, ürək tutması ilə nəticələnir.


Qışda saatların çəkilməsindən ilk bir həftə sonra ürək tutmalarında 4 % artım müşahidə edilir. Diqqətsizliyə görə, yol qəzalarının sayı 6% artır və bunun əsasən ölümlərə səbəb olan qəzalar olduğu bildirilir.

Saat fərqinə görə, şagirdlərin imtahandakı nəticələri aşağı enir, depresiya və intihar halları isə artır.

Bu halların qarşısını müəyyən qədər almaq üçün alimlərin bəzi məsləhətləri də var.Onlar səhər gün eynəyi taxmadan piyada gəzməyi, səhər günəşi görərək oyanmaq üçün yataq otağındakı pərdəni tam bağlamamağı tövsiyə edir.

Sizin Reklam Yeriniz