Əlaqə Arxiv
news Image
2014.10.26
11:09
| A A A
Kilsə yandı, ikisi uşaq olmaqla dörd nəfər kül oldu
Yaponiyanın Nonoiti şəhərində (Honsü adasının cənubu, İsikava prefekturası) kilsədə baş vermiş yanğın nəticəsində ən azı dörd nəfər, o cümlədən iki uşaq həlak olub.Movqe.az Trend-ə istinadən bildirir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat verir.

Polisin məlumatına görə, yanğın monoteist Tenrikyo dininə məxsus kilsədə baş verib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tenrikyo dini XIX əsrdə Yaponiyada əmələ gəlib. Dünyada bu dinin 2 milyona yaxın məsləkdaşı var, onların əksəriyyəti Yaponiyada yaşayır.

Sizin Reklam Yeriniz