Ebola virusunun aşkar olunması üçün iki yeni test
Yeni testlər Solt-Leyk-Sitidə yerləşən BioFire Defense şirkəti tərəfindən işlənib hazırlanıb.Movqe.az istinadən bildirir ki, bu barədə Reuters agentliyi xəbər verir.
"Biz ABŞ və bütün dünyada Ebola virusunun erkən aşkar edilməsinin
vacibliyini anlayırıq. Biz epidemiya zamanı virusun aşkarlanması
üçün icazə verilmiş testlərin sayının artırılması məqsədilə bu cür
şirkətlərlə sürətli templə əməkdaşlıq edəcəyik", - sanitar nəzarəti
üzrə idarəsindən bildiriblər.
İndiyədək ABŞ-da Ebola virusindan liberiyalı Tomas Dunkan ölüb,
onun müalicəsi zamanı tibb bacılarından biri virusa yoluxub.
Hazırda Nyu-York şəhərində təxminən bir ay Qvineyada qalmış həkim
Kreyq Spenser müalicə olunur. Həkimlərin sözlərinə görə, Spenser
sabit vəziyyətdədir.