Zambiyada bərə qəzaya uğradı: 26 nəfər öldü
Zambiyanın cənubunda bərənin qəzaya uğraması nəticəsində 26 nəfər
batıb.
Movqe.az APA-ya istinadən verdiyi xəbərə görə, ölənlərin əksəriyyəti uşaqlardır.
Faciənin Kariba gölündə baş verdiyi bildirilir.
İlkin versiyaya əsasən, gəmi həddindən artıq yüklənmə səbəbindən batıb. Xilasedici əməliyyata polis və hərbi qulluqçular cəlb olunub.