Əlaqə Arxiv
news Image
2014.10.26
15:04
| A A A
ABŞ İranda gənc qadının edamına etraz etdi

ABŞ Dövlət Departamenti İranda sabiq kəşfiyyat əməkdaşını öldürməkdə təqsirli bilinənReyhanə Cəbbarinin edam olunmasına etiraz edib.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamentində müzakirələr aparılıb və bəyanat qəbul edilib.

"Biz İranı beynəlxalq öhdəliklərə və qanunlara hörmətlə yanaşmağa, öz vətəndaşlarını ədalətli məhkəmə ilə təmin etməyə dəvət edirik", Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki, İranda sabiq kəşfiyyat əməkdaşını öldürməkdə təqsirli bilinən Reyhanə Cəbbari edam olunub. 26 yaşlı qadın Tehran həbsxanalarının birində asılıb. O, 2007-ci ildə İran kəşfiyyatının əməkdaşı Murtəza Abdulali Sarbandini qətlə yetirmək ittiham edilirdi.

Hadisə kəşfiyyat əməkdaşının 26 yaşlı qadını zorlamağa cəhdi zamanı baş verib. Reyhanə Cəbbari özünü müdafiə etdiyini desə də, məhkəmə onun ifadəsini nəzərə almayıb.

BMT-nin heablamalarına görə, İranda hər il 250 adm edam olunur.

Sizin Reklam Yeriniz