Əlaqə Arxiv
news Image
2014.10.26
18:00
| A A A
Əfqanıstan prezidenti ilk xarici səfərini Səudiyyə Ərəbistanına edir

Əfqanıstanın yeni prezidenti Əşrəf Qani səlahiyyətlərinin icrasına başlayandan sonra ilk xarici səfərini Səudiyyə Ərəbistanına edir.

Movqe.az-ın publika.az-a istinadən məlumatına görə, Qaninin ofisindən verilən açıqlamada bildirilir ki, prezident səfər çərçivəsində Məkkəni ziyarət edərək Ümrə borcunu yerinə yetirəcək.

Eyni zamanda yeni dövlət başçısı Səudiyyə kralı Abdulla və başqa rəsmilərlə görüşməyi planlaşdırır.

Qeyd edək ki, Əşrəf Qani inaqurasiya mərasimində Ümrə üçün Səudiyyə Ərəbistanına gedəcəyinə söz vermişdi.

Sizin Reklam Yeriniz