Əlaqə Arxiv
news Image
2014.10.27
09:46
| A A A
Qazaxıstan Azərbaycan benzininin tədarükünə dair müqavilə bağlayıb

Qazaxıstan Azərbaycandan Aİ-92 markalı 3 min ton benzinin tədarükünə dair müqavilə bağlayıb. Bu barədə movqe.az-a Qazaxıstanın Energetika Nazirliyindən deyiblər. Tədarük haqqında müqavilə oktyabrda "Lanturno Management S.A." şirkəti ilə bağlanılıb. Şirkət Azərbaycan yanacağınının Rusiya ərazisi ilə tədarükünü həyata keçirəcək. Qazaxıstan müqavilə bağlanmış neft məhsullarının tam dəyərini ödəyib, lakin oktyabrın 21-nə benzinin yüklənməsi və tədarükü hələ həyata keçirilməyib. Benzinin fiziki tədarükü Qazaxıstan hökumətinin "Neft məhsulları bazarının sabitləşdirilməsinin bəzi məsələləri haqqında" qərarı qəbul etməsindən sonra həyata keçiriləcək.


Sizin Reklam Yeriniz