Əlaqə Arxiv
news Image
2014.10.27
09:55
| A A A
İtaliyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab çap olunub

İtaliyada "Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq" kitabı çapdan çıxıb.Movqe.az-ın AzərTaca istinadən verdiyi xəbərə görə, professor Natalino Ronzittinin müəllifi olduğu nəşrdə münaqişənin hüquqi tərəfləri araşdırılıb, problemin sülh yolu ilə həlli yolları və vasitələri təhlil edilib. Kitabda BMT və digər beynəlxalq təşkilatların sənədlərində qeyd olunan müddəalar əsasında problemin həlli yolları nəzərdən keçirilir. Turin şəhərindəki "G.Giappichelli" nəşriyyat evində çapdan çıxan kitab italyandilli oxuculara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dolğun məlumatların çatdırılması baxımından önəmlidir.



Sizin Reklam Yeriniz