Əlaqə Arxiv
news Image
2014.10.27
12:13
| A A A
Bakı Lions Klubu "Ümid Yeri" kimsəsiz uşaqlar evində oldu

Oktyabr ayının 25-də Bakı Lions Klub Binə qəsəbəsində yerləşən "Ümid Yeri" kimsəsiz uşaqlar evində xeyriyyə aksiyası təşkil etmişdir. Movqe.az xəbər verir ki, aksiyada uşaq evinin sakinləri peşəkar həkim-avtolmoloqlar Tural Qəlbinur və Anar Abdullayev tərəfindən göz müayinəsindən keçirilmiş və ehtiyacı olan uşaqlara uyğun müalicələr yazılımışdır. Bundan əlavə Bakı Lions Klubunun üzvləri uşaqlara sovqatlar paylamış və onların sevinclərinə şərik olmuşlar. Bakı Lions Klubu analoji aksiyaların davamlı olması üçün yerli biznesi bu cür təşəbbüsləri dəstəkləməyə çağırır və gələcəkdə də ehtiyacları olan insanların həyatlarında müsbət dəyişiklik etməyi qarşısına məqsəd qoyur. Bakı Lions Klubu Beynəlxalq Lions Klub Assosiasiyasının yerli təşkilatıdır. Əsas məqsədi icmadakı sosial problemlərin həllində yerli insanların könüllü iştirakını təşkil etmək, humanitar ehtiyacları qarşılamaq, sülh və dostluğu təbliğ etməkdən ibarətdir. Fəaliyyət istiqamətləri icmanın inkişafı, korluğa qarşı mübarizə, yoluxucu xəstəliklərin qarşısının alınması, gənclərin inkişafı, əlil insanlara yardım, aclığa qarşı mübarizə və ətraf mühitin qorunması ilə bağlıdır. 

Sizin Reklam Yeriniz