Mehriban Əliyeva pomidor-yumurtanı necə bişirib?
Rusdilli "Baku" jurnalının sentyabr-oktyabr sayı
prezident İlham Əliyevin həyat yoldaşı, Azərbaycanın birinci xanımı
Mehriban Əliyevaya həsr olunub. Redaktoru Mehriban Əliyevanın qızı
Leyla Əliyeva olan jurnalın bu sayının baş məqaləsini Rusiyada
məşhur jurnalist Mixail Qusman - Rusiyanın İTAR-TASS İnformasiya
Agentliyi direktorunun birinci müavini
yazıb. Jurnalda əksər yazılar kimi bu
məqalə də Azərbaycanın birinci xanımının həyat və yaradıcılığından
bəhs edir. Mixail Qusman yazır ki,
2012-ci il, iyulun 29-da, Londonda keçirilən XXX Olimpiya Oyunları
ərəfəsində Azərbaycan hökuməti "Azərbaycan Günləri" adlı böyük bir
tədbir təşkil edilib. Xoş əhval-ruhiyyəli bakılı məclisinin
keçdiyini qeyd edən Qusman yazır:"Ziyafət
bitdikdən sonra prezident və xanımı qonaqlardan bəzilərini
Londondakı "Baku" restoranına dəvət edirlər. Məclis sona yaxınlaşan
zaman qonaqlardan kimsə "indi burda bir bakısayağı pomidor-yumurta
olsaydı, nə yeyərdim" deyir.
Qonağın bu sözünü İlham Əliyev də təsdiqləyir. Mehriban Əliyeva isə üzünü qonaqlara tutub "Hamınız pomidor-yumurta yemək istəyirsiniz?" deyə soruşur. Zalda oturanların razılığını görən Mehriban xanım ayağa qalxır və "indi təşkil edərik", deyib restoranın mətbəxinə keçir".
Qusman Mehriban Əliyevanın mətbəxdən gec gəldiyini görüb.
"Düşündüm ki, Mehriban xanım mətbəxdəkilərə öz göstərişini verib 2-3 dəqiqəyə məclisə qayıdar, amma belə olmadı. 5 dəqiqə də gözlədim, gəlmədi, 10 dəqiqə keçdi, gəlmədi, axırda durub restoranın mətbəxinə keçdim və nə görsəm yaxşıdır? Mehriban xanım aşpazlardan birinin önlüyünü yaxasına bağlayıb diametri 1 metr olan iri tavanın arxasında dayanıb həvəslə pomidor-yumurta bişirir".
Yemək bişəndən sonra tavanı zala-qonaqların yanına aparırlar.
Belə davranışına görə, Mehriban Əliyevanı "Kraliça" adlandıran rusiyalı jurnalist sual edir: "Görəsən, dünyanın hansı ölkəsində birinci xanım belə davranardı? Düşünürəm ki, heç kim!".