Əlaqə Arxiv
news Image
2014.10.28
09:24
| A A A
İŞİD Rusiya vətəndaşını edam etdi - Foto

ABŞ-ın nüfuzlu "Nyu York Tayms" ("The New York Times") qəzeti İŞİD terrorçularının Rusiya vətəndaşı Sergey Qorbunovu edam etdiyini bildirib. Movqe.az xəbər verir ki, digər əsirlərlə birgə Suriyanın Rakka şəhərində saxlanılan rusiyalı mühəndisin ölüm səbəbi açıqlanmasa da, təxmin edilir. Belə ki, 2013-cü ilin oktyabrından terrorçuların girovluğunda olan Qorbunov bir müddət öncə yayılan görüntülərdə onunla yaxşı rəftar edildiyini, lakin dəyişdirilməzsə, edam olunacağını demişdi: "Beş gün ərzində məni Səudiyyə Ərəbistan vətəndaşı Xalid Süleymanla dəyişmək istəyirlər. Bu baş tutmasa, məni edam edəcəklər. Rusiya, Suriya liderlərindən və Beynəlxalq Qızıl Xaç Komitəsindən kömək istəyirəm. Məni buradan qurtarın...".



Sizin Reklam Yeriniz