Əlaqə Arxiv
news Image
2014.10.28
10:25
| A A A
Zakir Həsənov cəbhə bölgəsində

Azəbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 27-dən başlayaraq cəbhə bölgəsində yerləşən hərbi hissələrin döyüşə hazırlıq səviyyəsinin yoxlanılmasını həyata keçirir.

Müqafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiənin ön xəttində yerləşən hərbi hissələrə baş çəkən nazir görülən işlər, şəxsi heyət tərəfindən döyüş tapşırığının yerinə yetirilməsinin vəziyyəti, hərbi qulluqçuların vəzifə borclarını bilməsi və qarşıda qoyulan tapşırıqların praktiki cəhətdən icrası ilə maraqlanıb.

Artilleriya hərbi hissəsində qoşunların silahlanmasına yeni daxil edilmiş müasir texnikalara baxış keçirərkən onların effektiv istifadəsi, döyüş imkanları və tapşırıqları bir daha dəqiqləşdirilib.

Əsgər yeməkxanasında nahar edən Z.Həsənov hərbi qulluqçuların mənəvi-psixoloji durumu və sosial şəraiti ilə maraqlanıb. Hərbi tibb müəssisəsində müalicə olunan hərbi qulluqçularla görüşən nazir onların qısa müddətdə sağaldılaraq xidmət yerlərinə qayıtmaları barədə həkim heyətinə göstərişlərini verib.

Hərbi hissələrin ərazisində təmir-tikinti işləri aparılan obyektlərdə və əsgər kazarmalarında olan müdafiə naziri şəxsi heyətin məişət şəraitinin daha da yaxşılaşdırılması və qışa hazırlığın keyfiyyətli təşkili ilə bağlı müvafiq tapşırıqlarını verib.


Sizin Reklam Yeriniz