Nuşirəvan Məhərrəmli telekanalları qınadı
Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ)
telekanallardakı vəziyyətdən narahatdır. MTRŞ sədri Nuşirəvan Məhərrəmli Trend-ə açıqlamasında bildirib
ki, Azərbaycan ədəbi dili efirlərdə aşağı səviyyədədir: "Milli
Televiziya və Radio Şurası Azərbaycanda ədəbi dilin qorunmasına
xüsusi fikir verir. Biz yarandığımız gündən bu məsələni diqqətdə
saxlayırıq. Hesab edirəm ki, Azərbaycan dilinin ekranda tam həcmdə
olması üçün verdiyimiz qərar bizim üçün ən böyük uğurlardan
biridir. Amma Azərbaycan ədəbi dili efirlərdə aşağı səviyyədədir.
Bunu hər birimiz görürük. Tək efir deyil, bunu insanların gündəlik
həyatında da hiss edirik. Amma televiziya və radio xüsusi bir sahə
olduğu üçün burada çalışanların yüksək intellektə malik olmasını,
Azərbaycan ədəbi dil qaydalarını bilməsini
istəyirik".
Onun sözlərinə görə, MTRŞ istəyir ki, televiziya və radio kanallarında aparıcılar hər hansı bir ləhcədə danışmasınlar, Azərbaycan ədəbi dilində danışsınlar: "Orta məktəbdə biz Azərbaycan dilini vahid Azərbaycan dili kitabları ilə öyrənirik və orada Azərbaycan dili ləhcələr üzərində qurulmur, öyrədilmir, vahid Azərbaycan dilində öyrədilir. Eyni dil də Azərbaycan televiziya və radio kanallarında olmalıdır".
N.Məhərrəmli bildirib ki, bu ilin sentyabr ayından Şura Dilçilik İnstitutunun əməkdaşları ilə monitorinqlərə başlayıb: "Oktyabrın axırı monitorinqlər qurtaracaq və noyabrın ortalarında biz telekanallarda ədəbi dilin qorunmasına dair monitorinqin nəticəsini elan edəcəyik".