Əlaqə Arxiv
news Image
2014.10.28
15:40
| A A A
Xüsusi istedadlı tələbələrə şad xəbər-Eksklüziv
Cəsarət Valehov: ""Sabah Qrupları"na dünyanın nüfuzlu universitetlərindən dərs keçmək üçün müəllimlər cəlb ediləcək" Azərbaycanda yeni yaradılan "Sabah Qrupları"na dünyanın nüfuzlu universitetlərindən dərs keçmək üçün müəllimlər cəlb ediləcək. Bu sözləri Movqe.az-a açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov söyləyib. C. Valehov bildirib ki, təhsilin keyfiyyətində tələbə müəllim vəhdəti əsas rol oynayır: "Bu qruplarda dərs keçən müəllimlərin xüsusi nüfuzunun olması əsas prioritetdir. Ona görə də, artıq xaricdə təhsil almış tələbələrdən bu istiqamətdə istifadə edilməsinə başlanılıb. Yaxın gələcəkdə isə "Sabah Qrupları"nda dərs alan tələbələrə dərs keçmək üçün dünyanın nüfuzlu universitetlərindən müəllimlərin cəlb edilməsi də plandadır". 

C. Valehov bunun "Sabah Qrupları" da ali təhsili uyğurla başa vurmuş tələbələrin  iş adamları üçün potensial kadr olmasına gətirib çıxardacağını söyləyib. 

Qeyd edək ki, bu günlərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyi münasibətilə akademiyanın elmi şurasının iclasındakı çıxışında Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev həm Prezident Administrasiyasının, həm nazirliklərin, həm də yerli hakimiyyət strukturlarının bu gün ciddi kadr böhranı problemi ilə üzləşdiklərini dilə gətirib  


Sizin Reklam Yeriniz