Əlaqə Arxiv
news Image
2014.10.28
18:00
| A A A
Lənkəran-Lerik yolunun 17-ci kilometrliyində sürüşmə aktivliyi davam edir

"Lənkəran-Lerik yolunun 17-ci kilometrliyində torpaq uçqunu davam edir". Bu məluatı Movqe.az-a hadisə yerində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov verib. S. Əmiraslanov bildirib ki, yol açılsa da, yolda 43 saylı Yol İstismar İdarəsinin işçiləri hazırda işləyirlər: "Çünki ərazidə sürüşmənin aktivliyi davam edir. Yol İstismar İdarəsinin işçiləri bir tərəfdən yolu təmizləsələr də, sürüşmə prosesi davam etdiyindən torpaq yenidən yolda hərəkəti mümkünsüz edir. Ona görə, torpağın yoldan təmizlənməsi prosesi hələki davam edir". 


Sizin Reklam Yeriniz