Əlaqə Arxiv
news Image
2014.10.28
20:46
| A A A
Xəzərin Azərbaycan sektorunda itkin düşən balıqçıların axtarışlarına FHN-in Aviasiya dəstəsi cəlb edilib

Xəzərin Azərbaycan sektorunda itkin düşən balıqçıları tapmaq hələlik mümkün olmayıb.


APA-nın Fövqəladə Hallar nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu ərazisindən balıq tutmaq məqsədilə dənizə çıxmış və itkin düşdüyü ehtimal olunan 3 nəfərin axtarışları Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi və Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.

 

Axtarışlar barədə əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, oktyabrın 22-də Bakı şəhər sakini Şamil Yolçuyev, Xaçmaz rayon sakinləri Yusif Mahmudov və Elman Qayıbxanov qayıqda Nardaran qəsəbəsindən Xəzər dənizinə çıxıblar və geri qayıtmayıblar.

Sizin Reklam Yeriniz