Əlaqə Arxiv
news Image
2014.10.28
19:01
| A A A
Bu rayonlarda su olmayacaq
İçməli suyun verilməsində məhdudiyyətlər olacaq. "Azərsu" ASC-dən Movqe.az-a verilən məlumata görə, 29 oktyabr 2014-cü il tarixdə gün ərzində Mehdiabad, Digah, Məhəmmədi, Sabunçu, Zabrat qəsəbələrinə, Gülüstan yaşayış massivinə və Xəzər rayonunun bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək. Fasilələrin yaranması Bakıətrafı dairəvi avtomobil yolunun tikintisi işləri çərçivəsində Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə su xəttinin magistral yola düşən hissəsinin köçürülməsilə əlaqədardır. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Sizin Reklam Yeriniz