Cəbhədə gərgin gecə
Cəbhə xəttində atəşkəs yenidən
pozulub. Müdafiə Nazirliyindən
Movqe.az-a verilən məlumata görə, cəbhənin müxtəlif
istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə
pozulub. Erməni silahlı bölmələri
Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Kəngərli, Xocavənd
rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz,
Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və
Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə
tutublar. Qarşı tərəf cavab atəşi ilə
susdurulub.