Əlaqə Arxiv
news Image
2014.10.29
11:15
| A A A
Quba-Xınalıq yolunda sürüşmə təhlükəsi-Özəl
Sadiq Əmiraslanov: "Hazırda Bakı-Şamaxı yolunun 106-cı km-liyində, Ağsu aşırımında, Quba-Xınalıq yolunda sürüşmə təhlükəsi var”

"Lənkəran-Lerik yolunun 17-ci kilometrliyində baş verən torpaq sürüşməsi təhlükəsi digər sürüşmə ərazilərində də təkrarlana bilər. Yağışların intensiv yağması ilə əlaqədar  Azərbaycanın sürüşmə sahələrində aktivləşmə müşahidə olunur". Bunu Movqe.az-a açıqlamasında  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib. S. Əmiraslanov bildirib ki, sürüşmə sahələrində aktivləşmə son atmosfer yağıntılarının təsirindən baş verib. Onun sözlərinə görə, oktyabrın sonlarında sürüşmə sahələrində aktivləşmə müşahidə edilib: "Bu, yay aylarının həddindən artıq quraqlıq keçməsi və torpaqda yeni çatların əmələ gəlməsi, mövcud çatların genişlənməsi ilə bağlıdır. Bu aktivləşmələr daha çox avtomobil yolları ərazilərində müşahidə edilib. Sürüşmələrin avtomobil yollarında daha çox baş verməsinin səbəbi texnogen proseslərin təsirindən qaynaqlanır. Çünki, dağlıq ərazilərdə yolların çəkilməsi zamanı yamacların kəsilməsi həyata keçirilir. Yamacda kəsilmədən sonra  müəyyən bərkitmə işləri aparılmadıqda, atmosfer yağıntılarının, təsiri ilə sürüşmə təhlükəsi əmələ gəlir. Nəticədə həmin sahələrdə həm uçqun, həm də sürüşmə prosesi baş verir. Hazırda Bakı-Şamaxı yolunun 106-cı km-liyində, Ağsu aşırımında, Quba-Xınalıq yolunda sürüşmə təhlükəsi var". 

Sizin Reklam Yeriniz