Əlaqə Arxiv
news Image
2014.10.30
11:56
| A A A
Bakıda 20 minlik cinayət
Bakıda şirkət və mağazalara qənim kəsilən şəxslər yaxalanıb. 

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Nərimanov rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 17-ci polis bölməsi əməkdaşları tərəfidnnə həyata keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Yevlax rayon sakinləri – Rəhman Məmmədov, Muxtar Rəhimov və Cəbrayıl rayon sakini Samir Yadigarov tutulublar.

Məlum olub ki, onlar aprelin 30-da Z.Bünyadov prospekti 2096-cı məhəllədə yerləşən mebel mağazasına aldatma yolu ilə daxil olub. Onlar gözətçinin əlini və ağzını skotçla bağlayıb. Mağazanın müdürünün iş otağının qapısını sındıraraq, oradan içərisində 20000 manat olan seyfi, kompyuteri və salondakı nəzarət kamera sisteminin yaddaş kartını götürüblər.

Daha sonra "Mersedes" markalı avtomibillə hadisə yerindən uzaqlaşıblar. 

Faktla bağlı araşdırma aparılır.


Sizin Reklam Yeriniz