Əlaqə Arxiv
news Image
2014.10.31
13:45
| A A A
Aydın Əliyev: “Azərbaycanda “Avro-4” standartının tətbiqi ilə bağlı Gürcüstandan idxal edilən avtomobillərin sayı xeyli azalıb”

Azərbaycanda "Avro-4" standartının tətbiqi ilə bağlı Gürcüstandan idxal edilən avtomobillərin sayı xeyli azalıb.


APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev verib.

 

"Avtomobil idxalının azalmasına baxmayaraq, gömrük dəyərləndirilməsi məsələlərinin ildən ilə təkmilləşdirilməsi ilə əlaqədar oktyabrın 31-ə kimi plan proqnoz tam yerinə yetirilib. Növbəti ildə gömrük orqanlarına bundan da artıq plan proqnoz nəzərdə tutulub. Mövcud olan imkanlar təhlil olunaraq çalışacağıq ki, gələn ildə plan proqnozu yerinə yetirək", - deyə A. Əliyev bildirib.

Sizin Reklam Yeriniz