Əlaqə Arxiv
news Image
2014.10.31
11:30
| A A A
Birinci Avropa Olimpiya Oyunları qarşısında
Təşkilat komitəsinin təmsilçiləri Masallıda

2015-ci il Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunları Təşkilat Komitəsinin təmsilçiləri rayonumuzda olub. Qonaqları Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı qəbul etdi, rayon rəhbəri Rafil Hüseynov cənablarının səmimi salamlarını onlara çatdırdı.

-Beynəlxalq idman tədbirində birgə işləməliyik, - deyə nümayəndə heyətinin rəhbəri bildirdi. – Masallıya böyük təmsilçilikdə media işçiləri gələcək, onlar birinci Avropa Olimpiya Oyunlarını geniş şəkildə işıqlandıracaq. Masallı da böyük dünya meydanına yol açacaq. Müəyyən avadanlıqlar ki, var, onu özümüzlə gətirməyəcəyik, o burda olmalıdır.

Nəsir Muxtarlı qonaqlarla söhbət zamanı bildirdi ki, Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunları böyük idman bayramıdır. Biz dünyaya Masallıdan mesaj verə bilmək imkanı əldə edəcəyik. Bayram günləri lazım olan hər hansı bir avadanlıq və əşya ilə təminat baxımından heç bir problem olmayacaq.

N.Muxtarlı rayonumuz haqqında da məlumat verməyi unutmadı. Dedi ki, Masallıda xalq sənətkarlığı həmişə diqqətdədir, xalq sənətindən geniş istifadə olunur və təbiidir ki, bu da ata-babalardan qalan mirasdır, günü bu günəcən qorunub inkişaf etdirilir. Əkinçılık, maldarlıq, dulusçuluq, sandıqçılıq, həsirtoxuma və s. qədim el sənəti belə meyardır. Masallının "Halay" folklor qrupu dünyanı gəzir. Macarıstandan yenicə qayıdıb. Bura rayonumuzun idman qələbələrini də əlavə edə bilərik. Beynəlxalq yarışların qalibi sırasında Masallı gəncləri də var. Bu tanışlığı lazımi qaydada edəcəyik və bu sahədə bizim böyük təcrübəmiz hamıya məlumdur... Olimpiya atəş festivalı da maraqla müşahidə olunacaq. Son illər bir neçə beynəlxalq səviyyəlı tədbirimiz həyata vəsiqə alıb, dünyanın bir neçə ölkəsindən Masallıya gələnlər buradan xoş təəssüratla ayrılmış, təəssüratlarını öz mediasında yazmış və bizə bildirmişlər. Masallının öz tarixi var və bu günümüzə gəlib çıxıb. Tarixi yerlərimiz var. Dini abidələr, məscidlər mövcuddur. Ərkivan qəsəbəsində simvolizə olan bir qala tikilir.

Xarici qonaqlar Masallının İstisuyu, bənzərsiz təbiəti ilə də maraqlandılar. Bu haqda da məlumat verildi. Bildirildi ki, insanlar burada istirahət edir. Yüksək keyfiyyətli müalicəvi əhəmiyyətə malik termal suyu var. Masallıdan 10 kilometrə qədər aralıdadır.

Şəhərimizin görməli yerlərini gəzən, idman obyektlərinə - olimpiya kompleksinə, park və meydanlara baxan qonaqlar ilkin tanışlıqdan məmnun olduğunu bildirib, Masallıdan xoş təəssüratla ayrıldılar.

Sizin Reklam Yeriniz