Əlaqə Arxiv
news Image
2014.11.01
09:21
| A A A
Noyabrın ilk günü hava necə olacaq?
Movqe.az xəbər verir ki,Bakıda və Abşeron yarımadasındabuludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə çiskinli olacağı, axşama doğru yağış yağacağı gözlənilir.

Cənub küləyi 7-12 m/s, axşam şimal küləyi 8-13 m/s olacaq.

Temperaturun gecə 9-12° isti, gündüz 13-16° isti, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasındaarabir yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s olacaq, gündüz arabir güclənəcək.

Temperatur gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarındaarabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi 5-10 m/s olacaq, gündüz ayrı-ayrı yerlədə arabir 18-23 m/s-dək güclənəcək.

Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındaarabir yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s olacaq, gündüz ayrı-ayrı yerlədə arabir 18-23 m/s-dək güclənəcək.

Temperatur gecə 7-12° isti, gündüz 12-17° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarındaarabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi 5-10 m/s olacaq, axşam ayrı-ayrı yerlədə arabir 18-23 m/s-dək güclənəcək.

Temperaturun gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarındabəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi 5-10 m/s olacaq, axşam ayrı-ayrı yerlədə arabir 18-23 m/s-dək güclənəcək.

Temperatur gecə 6-11° isti, gündüz 12-17° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarındaarabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq.

Şimal-şərq küləyi 5-10 m/s olacaq.

Temperatur gecə 10-12° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti təşkil edəcək.
Sizin Reklam Yeriniz