Azərbaycanda daha bir avtobus dəhşəti: ölən var
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə
daxil olmuş məlumata əsasən, Ağstafa rayonu, Poylu kəndində
vətəndaşlara məxsus "PAZ" markalı sərnişin avtobusu ilə "VAZ"
markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat
qəza hadisəsi baş verib.
Movqe.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü, 1986-cı il təvəllüdlüQədir Əhməd oğlu Yusifovdünyasını dəyişib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 08:55-də başa çatıb.