Əlaqə Arxiv
news Image
2014.11.02
10:05
| A A A
Rusiyada yenidən repressiya ola bilər

Rusiyalı sosioloqlar əhalinin üçdə ikisinin SSRİ-də kütləvi repressiyaların əsassız aparılması qənaətində olduğunu bildirir.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, "İctimai rəy" fondunun keçirdiyi sorğuya görə, eyni zamanda respondentlərin 56 faizi hesab edir ki, SSRİ dövründə istəniilən insan repressiya qurbanına çevrilə bilərdi.

Respondentlərin 16 faizi isə repressiyalara haqq qazandırıb. Suallara cavab verənlərin 40 faizi repressiyalara görə Staliini, 42 faizi- onun çevrəsini, 23 faiz - NKVD kimi tanınan təhlükəsizlik orqanını ittiham edir.

Respondentlərin 9 faizi günahı cəmiyyətdə görüb, 15 faizi repressiyaların səbəbini o zamanlara xas olan mürəkkəb dövranla əlaqələndirib.

Maraqlıdır kı, respondentlərin 48 faizi repressiyaların təkrar oluna biləcəyini istisna etməyib, 14 faiz isə bunun böyük ehtimalla baş verə biləcəyini bildirib.

Sizin Reklam Yeriniz