Əlaqə Arxiv
news Image
2014.11.02
14:00
| A A A
TQDK sədri vətəndaşları qəbul edəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə noyabrın 18-də Tərtər şəhərində vətəndaşları qəbul edəcək.

Movqe.az xəbər verir ki , Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, qəbulda Tərtər, Yevlax, Ağdaş və Bərdə rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Qəbul saat 12.00-da Tərtər şəhəri, Gənclər Mərkəzində başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlardan TQDK-nın internet saytına (http://eservices.tqdk.gov.az/SedrinQebulu)

daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya Komissiyanın Ağcabədi regional bölməsinə müraciət etmələri (əlaqə telefonu: (021) 275-55-94) xahiş olunur.

Qeydiyyata yazılmaq istəyən vətəndaşlar Tərtər, Yevlax, Ağdaş və Bərdə rayonlarının Təhsil şöbələrinə də noyabrın 17-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək müraciət edə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Sizin Reklam Yeriniz