Əlaqə Arxiv
news Image
2014.11.02
23:00
| A A A
Çində Viber bağlandı
Çin hakimiyyəti zəng etməyə, mesaj və təsvir göndərməyə imkan verən Viber mobil proqramını bloklayıb. Bu haqda TechInAsia portalına istinadən TechCrunch nəşri yazıb.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, Böyük Çin fayrvolu proqramının işini izləyən GreatFire.Org saytının məlumatına görə, Viber messenceri Çinin 67% ərazisində bloklanıb.

Adıçəkilən ölkə ərazisində olan TechCrunch nəşrinin müxbiri tətbiqdən istifadə edə bilməyib: messencer sadəcə onun tərəfindən yazılmış mesajları ötürməyib. Müxbir, həmçinin brauzer vasitəsilə Viberin saytına girməyə müvəffəq olmayıb. Tətbiq əvvəlki kimi VPN vasitəsilə əlçatandır.

Sizin Reklam Yeriniz