İsrail keçid məntəqələrini bağladı
İsrail Qəzzadan iki keçid məntəqəsini bağlayıb. Movqe.az-ın məlumatına görə, Kerem Şalom və Erez məntəqələrinin bağlanmasına Fələstin ərazisindən İsrailə raket atılmasından sonra qərar verilib.Hücum nəticəsində təlafat və dağıntı olmayıb. İsrail 50 günlük müharibədən sonra bunun ikinci hücum olduğunu bildirib.
Erezdən yalnız humanitar yardım daşınmasına icazə verilir. Eyni zamanda İsrailin baş naziri Benyamin Netanyahu parlamentdən Məbəd dağına görə yəhudi və müsəlmanlar arasında gərginliklərin azaldılması üçün məsuliyyət nümayiş etdirilməsini istəyib. Baş nazir tərəflərin heç birinə zorakılıq üçün bəhanə verilməsini istəmədiyini deyib.