Əlaqə Arxiv
news Image
2014.11.03
17:00
| A A A
Azərbaycanda yayılan təhlükəli virusda səngimə

Azərbaycanda havaların kəskin soyması ilə əlaqədar iribuynuzlu heyvanlar arasında yayılan "Nodulyar dermatit" virus xəstəliyinə yoluxan heyvanların sayı azalıb. Bu barədə məlumatı Movqe.az-a  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat Mərkəzinin  rəhbəri Yolçu Xanvəli verib. Y. Xanvəli heyvanlar arasında bu xəstəliyə yoluxma ilə bağllı bu gün 34 faktın qeydə alındığını söyləyib: "Hansı ki, əvvəllər bu rəqəm 400 olurdu. Xəstəlik baş qaldıran gündən indiyədək bu virusa 5148 heyvan yoluxub. 4397 isə müalicə olunub. Hazırda xəstə olan heyvanların sayı 561-dir".

Y. Xanvəli xəstəliyin qarşısının alınması üçün profilaktik tədbirlər davam etdirilir, Xidmət səlahiyyətlisi havalar soyduqdan sonra bu xəstəliyin tamamilə sönəcəyinin proqnozlaşdırıldığını söyləyib.

 

 


Sizin Reklam Yeriniz