Əlaqə Arxiv
news Image
2014.11.03
19:30
| A A A
Azərbaycanın yeni sürüşmə sahələri yaranıb

Azərbaycanda son günlər ərzində davam edən yağıntılı hava şəraiti ölkənin cənub bölgəsindəki sürüşmə sahələrində hiss ediləcək qədər aktivləşmə yaradıb. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Onun sözlərinə görə, Lerikdə magistral avtomobil yol kənarlarındakı bütün sürüşmə və uçqun sahələrində aktivləşmə müşahidə edilir. Lənkəran-Lerik avtomobil yolunda böyük miqyasli sürüşmə sahələri var. Yolun 27, 45, 50-ci km-də sürüşmə, uçqun sahələrində nəzərəçarpacaq qədər aktivləşmələr müşahdə edilir: "Ən nəzərəçarpan dəyişiklik hazırda yollardadır. Ancaq bu hallar yollarda hərəkətin dayanmasına səbəb olmayıb. Yollarda avtomobillərin hərəkəti də sürüşmənin aktivləşməsinə səbəb olan amillərdən deyil. Sürüşmə sahələrinə, əsasən, atmosfer yağıntılarının düşməsi təsir edir".

S.Əmiraslanov bildirib ki, cənub bölgəsində dəniz səviyyəsində 1000 metrdən yüksək olan ərazilərə qarın yağması nəticəsində Yardımlı və Lənkəranda xırda olsa da, yeni lokal sürüşmə sahələri əmələ gəlib. Son yağıntılarla əlaqədar yeni sürüşmə sahələri, əsasən, ölkənin cənub bölgəsində yaranıb.

Nazirlik rəsmisi qeyd edib ki, ölkənin digər ərazilərindəki sürüşmə sahələrində ciddi dəyişiklik baş verməyib.

Sizin Reklam Yeriniz