Əlaqə Arxiv
news Image
2014.11.04
11:35
| A A A
Səhiyyə Nazirliyindən ana ölümü ilə bağlı-Açıqlama

Səhiyyə Nazirliyi  Qubada baş verən ana ölümü ilə bağlı araşdırmalara başlayacaq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin Movqe.az-a verdiyi xəbərə görə, ana ölümü faktı Səhiyyə Nazirliyində yaradılmış Doğuşayardım Komissiyası tərəfindən araşdırılacaq. A. Qədirli bildirib ki, nazirliyə daxil olan ilkin məlumatda ana ölümünün uşaqlığın atonik qanaxması diaqnozu nəticəsində baş verdiyi bildirilir. Ana ölümünün səbəbinin üzə çıxarılması üçün qadının nəşi üzərində ekspertiza aparılır. 

Apa-nın şimal bürosunun verdiyi məlumata görə, bu hadisə ötən gün Quba Regional Perinatal Mərkəzində baş verib. Doğuş zamanı dünyasını dəyişən şəxs Qusar rayon sakini, 1978-ci il təvəllüdlü Aslanova Zərinşah Dəmir qızıdır. 

Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev APA-ya bildirib ki, doğuşdan sonra xəstədə qanaxma yaranıb və qadının üzərində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyatdan 16 saat sonra Z. Aslanovanın vəziyyəti yenidən pisləşib və onu xilas etmək mümkün olmayıb. Baş həkimin sözlərinə görə, dünyaya gələn oğlan uşağı tam sağlamdır, həyatı üçün heç bir təhlükə yoxdur. İ.Mirzəliyev onu da deyib ki, bu, mərhumun 3-cü doğuşu olub. Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.


Sizin Reklam Yeriniz