Əlaqə Arxiv
news Image
2014.11.04
12:00
| A A A
Aşurada qanvermə ilə bağlı məscidlərdə tibb məntəqələri yaradılıb

Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən ölkənin 15 tibb məntəqəsində qanvermə aksiyası keçirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Movqe.az-a bildirib ki, əhalinin qan verməsi üçün tibbi məntəqələrin 8-i Bakı məscidlərində təşkil edilib. Bakıda həmin məntəqələrdən əlavə Mərkəzi Qan Bankında da qanvermə aksiyası keçirilir. Bununla yanaşı, tibbi məntəqlərin 6-sı digər şəhər və rayonlarda - Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Bərdə məscidlərində yaradılıb. Bu məntəqələrin hər birində nazirliyin tibbi briqadaları fəaliyyət göstərir. Qanvermə aksiyası bu gün axşam saatlarına kimi davam edəcək. A. Qədirli bildirib ki, aksiyada toplanan qan yoxlanıldıqdan sonra hemofiliya və talassemiyalı xəstələrin, eləcəd də, qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq. 

Sizin Reklam Yeriniz