Əlaqə Arxiv
news Image
2014.11.04
14:59
| A A A
Kompyuter oyunları uşaqları nevroz edir

Uşaqların kompyuterlərdə oynadığı oyunların onların psixologiyasına mənfi təsir göstərdiyi, internetdən asılılıq yaratdığı barədə çox danışılıb. Amma son vaxtlar kompyuterdə oyunların uşaqlarda nevroloji xəstəliklər yaratdığı da bildirilir. Belə ki, gününün əksər hissəsini kompyuter arxasında müxtəlif oyunlar oynamaqla keçirən uşaqlarda müxtəlif nevroloji xəstəliklərin üzə çıxdığı halları qeydə alınır. Bunu  Movqe.az-a Səhiyyə Nazirliyinin baş uşaq nevropotoloqu, ATU-nun II sinir xəstəlikləri və tibbi genetika kafedrasının dosenti Ramin Rzayev də təsdiqləyib. Baş uşaq nevropatoloqu deyir ki, kompyuterdə oyunlar təkcə uşaqda psixi aspektdən deyil, nevroloji xəstəliklər  də yarada bilir: "Xüsusilə məktəbyaşlı uşaqların son vaxtlar kompyuterə meyil göstərməsi tibbi aspektdən təhlükəlidir. Uşaqların kompyuterə yüklənmiş, internet vasitəsilə baxdıqları oyunlar onların sinir sistemini oyadır. Uşaqlarda bu gözlərini tez-tez yumma, beyində dəyişikliklərə səbəb olur. Oyunlarda tez-tez dəyişən rəngləri uşaqların beyni qəbul edə bilmir. Nəticədə sinir sistemi oyanır. Bu uşaqda yuxu pozğunluğu, əsəbi vəziyyət yaradır. Hətta stresə də yol açır".

R. Rzayev deyir ki, uşaqlar üçün istehsal olunmuş kompyuter oyunlarının çoxu onların yaş dövrünə uyğun deyil: "Oyunların çoxu zorakılığı təbliğ edir. Bu oyuna nəinki oynayan, baxan uşaqda belə əsəbi gərginlik yaranır. Qarşısına çıxanı öldürmək məcburiyyətində olan uşağa bu psixi cəhətdən təsir edir. Eləcə də oyunu oynaya bilmədikdə, kompyuterdə maşını digər maşınlara toqquşdurduqda özünə güvən hissi azalır, sinir sistemi gərginlik vəziyyətində olur".

R. Rzayev deyir ki, ümumiyyətlə uşaqları kompyuterdən uzaq tutmağa, o cür oyunları oynamağa alışdırmaq düzgün deyil: "Kompyuter uşaq bir qədər böyüdükdən sonra təhsilində inkişaf, axtarış üçün ona lazım ola bilər.  Kompyuter oyunlarının azyaşlılarda beynin işinə mane olduğunu Böyük Britaniya Kral İnstitutunun keçmiş direktoru, Baronessa Qrinfild da bəyan edib. O, bildirib ki, əgər uşaq monitor qarşısında həddindən artıq vaxt keçirirsə, onun beynində fizioloji səviyyədə dəyişiklik baş verir ki, bu da mütləq davranış və diqqətlə bağlı problemlərə gətirib çıxarır. Elmi məqalədə bildirilir ki, oyunlar beyində müəyyən əsəb bağlarını fəaliyyətdən saxlayır: "Axı, beyin ətraf mühitin dəyişikliklərinə uyğunlaşma qabiliyyətinə malikdir. Kompyuter oyunları isə yeni mühitə nümunədir". Baronessa uşaqlara monitorlardan uzaqlaşmağı və küçəyə çıxıb "ayaqlarının altında otları hiss etməyi" məsləhət görür. Onun sözlərinə görə üstəlik kompüter oyunlarına son dərəcə aludəçilik uşaqlarda diqqətini cəmləşdirəcəyi vaxtıqısaldır və uşağı düşüncəsiz əməllər törətməyə təhrik edir.  "PLoS ONE" jurnalında dərc olunan hesabatda isə göstərilir ki, internetdən asılılıq beynin strukturlarını dəyişdirmək və hətta boz maddənin quruması təhlükəsi yaradır. Yapon alimləri isə hələ 10 il bundan əvvəl xəbərdarlıq ediblər ki, videooyunlar yalnız beynin görmə və hərəkətə görə cavabdeh olan sahələrini stimullaşdırır. Bu zaman davranış, hisslər və öyrənmə ilə bağlı digər hissələr isə inkişafdan qalır. Mütəxəssislər "Grand Theff Auto: San Andreas", "Nalf Life", "Counter Strike", "Lineage" kimi dəhşəti, terroru təbliğ edən oyunlara maraq göstərən uşaqların psixolgiyasında gələcəkdə böyük problemlərin yaranacağını, əsəbi gərginliyin daha da artacağını proqnoz edirlər.

Psixoloq Dəyanət Rzayev isə bu gün uşaqların psixolji drumuna mənfi təsir edən oyunlar istehsal olunur: "Kriminal tipli oyunlar, yüksək sürətlə avtomobil idarəetmə uşaq psixologiyası üçün çox təhlükəlidir. Bu tip oyunlara aludə olan azyaşlılar real həyatda da həmin oyunların baş qəhrəmanı kimi hərəkət etməyə başlayırlar".

 Psixoloq uşaqların belə oyunlara meyl göstərməsinin əsas baiskarının valideynlərin olduğu qənaətindədir: "Onların övladlarına qarşı diqqətsiz və məsuliyyətsiz yanaşmalarının övladlarının bu cür oyunlara maraq göstərməsində böyük rolu var. Günlərinin bir neçə saatını övladları ilə birgə keçirsələr, onlarla birgə oynasalar, maraqlı oyunlar öyrətsələr, daha yaxşı nəticələr əldə etmək olar. Sözsüz, valideynlərin bu məsələyə belə laqeyd yanaşmasında maariflənmənin zəif olmasının da rolu var. Bəziləri kənarda "mənim balam kompüterdə adam öldürür, yüksək sürətlə avtomobil idarə edir" deyərək bununla qürurlanır, digərləri isə övladları üçün çoxlu oyun diskləri alıb onlara müəyyən məşğuliyyət taparaq özlərindən uzaqlaşdırırlar".

Sizin Reklam Yeriniz