Əlaqə Arxiv
news Image
2014.11.04
15:20
| A A A
Paytaxt bağçalarında uşaqlar soyuqdan donur

Havaların kəskin soyması paytaxtdakı uşaq bağçalarında ciddi problem yaradıb. Valideynlərin "Movqe" qəzetinə verdikləri məlumata görə, qış rejiminə keçid noyabrın 15-də olduğundan, uşaq bağçalarına istiliyin verilməsi təmin edilmir. Mövcud vəziyyət paytaxtdakı əksər bağçalarda valideylərin narazılığına səbəb olub. Uşaq bağçalarında istilik olmadığından, valideynlər uşaqları özləri ilə evə qaytarmaq məcburiyyətində qalıblar. Valideynlərin sözlərinə görə, əsas problem "Azəristiliktəhcizat" ASC-nin balansında olan bağçalardadır ki, sözügedən qurum bağçalara istiliyin verilməsi üçün noyabr ayının 15-ni gözləyir: "Bəlkə oktyabrda qar yağacaq, şaxta olacaq, onda da bunlar noyabr ayının 15-ni gözləyəcəklər? Səhərin açılması üçün mütləq xoruzun banlamasını gözləməkmi lazımdır? Uşaqlarımız bağçalarda soyuqdan donur. Onsuz da uşaqların çoxu xəstələnib. Soyuq otaqlarda yatırlar uşaqlarımız. Bağça müdirələri isə deyir ki, "Azəristiliktəhçizat" ASC noyabr ayının 15-dən tez istiliyin verilməyəcəyini bildirib. İndi paytaxtda əksər bağçalar uşaqları geri qaytarır. Valideynlər də soyuq olduğundan məcbur uşağı götürüb evə aparır. Bu problemə bir çarə edən yoxdur. Heç kəs düşünmür ki, bağçalarda körpə uşaqlar var. Onlar soyuqdan dona-dona noyabr ayının 15-nin gəlməsini gözləyə bilmzələr".

Bakı Şəhər İcra Hakimiyyətinin Uşaq Evləri və Bağçalar İdarəsindən isə bildirdilər ki, uşaq bağçalarına qaydaya əsasən istilik noyabr ayının 15-dən tez verilə bilməz. Həmin tarixə qədər uşaq bağçalarına əlavə qızdırıcı avadanlıqların quraşdırılmasına da icazə verilmir. İdarədən onu da bildirdilər ki, öz qazanxanaları olan məktəbəqədər təhsil müəssisələrində isə istiliyin qoşulmasına Fövqəladə Hallah Nazirliyindən icazə verilmir.

"Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev isə bununla bağlı qurumda iclas keçirildiyini, havaların soyması ilə əlaqədar noyabr ayının 3-dən etibarən uşaq bağçaları, internat evləri, doğum evlərinə istiliyin verilməsinə başlanılacağını söylədi.

Amma problem bununla bitmiş sayılmır. Bu gün paytaxtda ümutəhsil müəssisələrində də, xüsusilə ibtidai siniflərdə oxuyan uşaqların çox soyuq otaqlarda dərs keçdiklərindən dərsə davamlı gələ bilmirlər. Amma R. Əliyev orta məktəblərə istiliyin verilməsinə noyabr ayının 15-dən start veriləcəyini deyir.

Zülfiyyə QULUYEVA

 

Sizin Reklam Yeriniz