Əlaqə Arxiv
news Image
2014.11.04
17:00
| A A A
Pulsuz verilən dərmanların sayı artdı

Azərbaycanda stasionar tibb müəssisələrində xəstələrə pulsuz verilməli olan dərmanların sayı artırılıb. Bu barədə Movqe.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, stasionar şəraitdə istifadə olunan ən vacib dərman preparatları və tibbi ləvazimatların siyahısı getdikcə artırılır. Bundan əvvəl bu siyahıda 166 dərman preparatı və tibbi ləvazimatın adı qeyd edilmişdisə, artıq onların sayı 180-ni ötüb. Yeni siyahı əsasında artıq stasionar tibb müəssisələrində müalicə olunan xəstələr 180-dən çox adda dərman preparatı və tibbi ləvazimatla pulsuz təmin olunmalıdırlar.

Sizin Reklam Yeriniz