Əlaqə Arxiv
news Image
2014.11.04
18:55
| A A A
Hindistanda iki meymun evləndi

Hindistanın Bihar əyalətinin Bettiah mahalında dünən bir hindli öz meymunlarına toy mərasimi keçirib.Movqe.az xəbər verir ki, hindu dininə görə təşkil edilən toya 200 kəndli qatılıb.

Gəlin meymuna narıncı, bəy meymuna isə sarı köynək geyindirilib.Toyu təşkil edən meymunların sahibi Udeş Mahto bəy meymunu öz övladı kimi gördüyünü söyləyib.Hindu mifologiyasında meymunlara hörmət göstərildiyi deyilir. Meymunların sahibi Mahto bəyə Ramu, gəlinə isə Ramdulari adını verib.Toyda iştirak edən yüzlərlə kəndli yorulanadək rəqs ediblər.Üç uşaq atası olan Mahto 13 yaşlı meymun Ramu üçün bunları deyib: "O, mənim ən böyük oğlum kimidir. Ona görə onu əvvəlcə evləndirmək istədim".Ramunu 7 il əvvəl Nepaldan gətirdiyini dilə gətirən Mahto "Başlanğıcda bunlar öz aralarında anlaşa bilmirdilər. Sonra bir-birini sevməyə başladılar. Mən də onları evləndirmək qərarı verdim" sözlərini deyib.Hindu rahibi Sunil Şastri meymunların evləndirilmək fikrini eşitdikdə yaşadığı şoku belə izah edib: "Meymunların evləndirilməsi söylənəndə inanmadım. Daha sonra isə Mahtonun ciddi olduğunu öyrəndim. Biz də toy üçün xeyirli olan günü seçdik".Toyda zəncirlərlə saxlanılan iki meymun evləndikdən sonra öz sahibləri tərəfindən sərbəst buraxılıb.

Sizin Reklam Yeriniz