Bakıda məktəblərdə qəbul keçiriləcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni
tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı
məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir. Movqe.az-a
BŞTİ-dən verilən xəbərə görə, növbəti
səyyar qəbullar noyabrın 7 - də Suraxanı və Yasamal rayonlarında
keçiriləcək. Suraxanı rayonu üzrə 317 №li məktəbdə keçiriləcək
səyyar qəbula Zığ qəsəbəsində yerləşən 65, 317, Dədə Qorqud
qəsəbəsində yerləşən 315, Hövsan qəsəbəsində
yerləşən 76, 118, 196, 270, 280, 281
№li məktəblərin, 40 №-li Texniki Yaradıcılıq Mərkəzinin müəllim və
valideynləri müraciət edə bilərlər. Yasamal rayonu üzrə 18 №li
məktəbdə keçiriləcək səyyar qəbula isə 18, 20, 31, 38, 52, 150,
161, 225, 286, 308 №li məktəblərin, 7 №-li İxtisaslaşdırılmış
Olimpiya Ehtiyyatları Tennis İdman Məktəbi, 8 №-li
İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Şahmat Dama İdman Məktəbi,
11 №-li Uşaq-Gənclər İdman Məktəbinin müəllim və valideynləri
müraciət edə bilərlər.
Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir. Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.