Əlaqə Arxiv
news Image
2014.11.05
12:50
| A A A
Qubada baş verən ana ölümü ilə əlaqədar ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi başlanıb

Azərbaycanın Quba rayonunda doğuş zamanı ana ölümü faktı ilə bağlı cinayət işi başlanıb.


Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, Qusar rayonunun Hil-oba kənd sakini, 1978-ci il təvəllüdlü Aslanova Zərnişan Dəmir qızının Quba Rayon Perinatal Mərkəzində doğuşdan sonra vəfat etməsi ilə əlaqədar Quba rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılıb.

 

İlkin araşdırmalarla müəyyən edilib ki, Z.Aslanova oktyabrın 23-də "39 həftəlik hamiləlik, baş gəlişi yalançı doğuş sancısı" diaqnozu ilə Perinatal Mərkəzə daxil olub və noyabrın 2-də saat 23:20-də oğlan uşağı dünyaya gətirib. Həmin gün saat 23:35-də baş vermiş qanaxma ilə əlaqədar əməliyyat olunub, lakin göstərilən tibbi yardımlara baxmayaraq ertəsi gün saat 15:50-də vəfat edib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sizin Reklam Yeriniz