Əlaqə Arxiv
news Image
2014.11.05
14:00
| A A A
Ölkədə yodsuz duz bəlası
İm­ran Ab­dul­la­yev: "Öl­kə­də is­teh­sal olu­nan xö­rək duz­la­rı­nın ək­sə­riy­yə­ti yod­suz­dur"

Öl­kə­miz­də yod ça­tış­maz­lı­ğı­nın qar­şı­sı­nı al­maq üçün xö­rək du­zu­nun yod­laş­dı­rıl­ma­sı üz­rə 2001-ci il­də qa­nun təs­diq olu­nub. Qa­nu­nun 803-cü mad­də­si­nə əsa­sən 2003-cü ilin yan­var ayın­dan res­pub­li­ka əra­zi­si­nə yod­laş­dı­rıl­ma­mış xö­rək du­zu­nun id­xa­lı, is­teh­sa­lı, sa­tı­şı, da­şın­ma­sı, hət­ta hə­min duz­la­rın hey­van­la­ra yem məq­sə­di­lə ve­ril­mə­si­nə qa­da­ğa qo­yu­lub. Amma buna baxmayaraq hələ də satışda yodlaşdırılmamış duzların satışı davam edir. Halbuki ekspertlər yodlaşdırılmamış duz satışının əhalini təhlükəli xəstəliklərlə üz-üzə qoya biləcəyi barədə həyəcan təbili çalır.  Yod Çatışmazlığı Xəstəliklərinə Nəzarət üzrə Beynəlxalq Şuranın milli miqyasda monitorinqi nəticəsində məlum olub ki, Azərbaycan ev təsərrüfatlarının 65%-i adekvat qaydada yodlaşdırılmış duzdan istifadə etdiyi halda, yodlaşdırılmış duzdan istifadə edən ev təsərrüfatlarının ümumi sayı 85.8% təşkil edib.  Res­pub­li­ka Gi­gi­ye­na və Epi­de­mio­lo­gi­ya Mər­kə­zinin (RGEM) Qi­da Təh­lü­kə­siz­li­yi şö­bə­si­nin rəh­bə­ri İm­ran Ab­dul­la­yev­ deyir ki, ha­zır­da öl­kə­də is­teh­sal olu­nan du­zun ək­sə­riy­yə­ti­nin yod­suz ol­du­ğu­nu bil­dir­di: "Bu gün öl­kə­də is­teh­sal olu­nan xö­rək duz­la­rı­nın ço­xu­na yo­dun qa­tıl­ma­dı­ğı da­nıl­maz­dır. Ona gö­rə də GEM müraciət olduqca bu sahədə yox­la­ma­la­r aparır. H­an­sı şir­kə­tin is­teh­sal et­di­yi du­zun tər­ki­bin­də nor­ma­ya uy­ğun miq­dar­da yod ta­pıl­ırsa hə­min mü­əs­si­sə­nin is­teh­sa­lı da­yan­dı­rı­lır".  

İ.Ab­dul­la­yev de­di ki, qay­da­ya gö­rə, xö­rək du­zun­da 30 - 50 mil­li qram ki­loq­ram (mq kq) yod ol­ma­lı­dır. Am­ma ha­zır­da öl­kə­də is­teh­sal olu­nan xö­rək duz­la­rın­da yo­dun miq­da­rı­ qo­yul­muş nor­ma­dan 4 də­fə aşa­ğı­dır. İ.Ab­dul­la­yev ha­zır­da xö­rək du­zu­nu yod­laş­dır­ma­dan sa­tı­şa çı­xa­ran mü­əs­si­sə­lə­rə qar­şı cə­ri­mə tət­biq olun­du­ğu­nu bil­dir­di. Şö­bə rəh­bə­ri deyir ki, bü­tün xö­rək du­zu is­teh­sal edən mü­əs­si­sə­lər­dən du­za yod qat­ma­ğı tə­ləb olunub. Çox təəssüf ki, çox vaxt bu müraciətlərə əməl edilmir.

Azad İs­teh­lak­çı­lar Bir­li­yi­nin səd­ri Ey­yub H­üsey­nov isə deyir ki, bu sahədə nə qədər yoxlamalar aparılsa da, qanunsuz sexlər tərəfindən yodsuz duz isehsalı davam edir: "Qanunun 3.8-ci maddəsinə görə, ölkədə yodsuz duzun satışı qadağandır. Yodlaşdırılmamış duzların nəinki insanlara, hətta heyvanlara yem məqsədilə verilməsi belə yolverilməz və qəti qadağandır. Narkotiki satmaq necə qadağandırsa, yodsuz duz satmaq da qadağandır. Lakin bir sıra mağazalar şəbəkəsində hardan, hansı yolla gəlməsi məlum olmayan duzları yığırlar və satışını həyata keçirirlər. Bir çox çörək sexlərində də bu cür duzlardan istifadə edirlər. Bu cür duzlar çox vaxt aricdən gətirilir. Məsələn, Norveçdən, Rusiyadan, İtaliyadan və s".

E. Hüseynov deyir ki, yodlaşdırılmamış olmaqla yanaşı, tərkibi orqanizmə zərərli maddələrlə zəngin olan duzlar çörək bişirmə sexlərində də istifadə olunur: "Bu rəqəm 2002-ci ildəki göstəricidən dəfələrlə yaxşı olsa da vəziyyətin bu cür davam etməsi ölkədə geniş yayılmış zob xəstəliyinin artmasına səbəb olacaq. Eyni zamanda əqli çatışmazlıq, lal-kar, ölü və digər qüsurlu uşaqların doğulması halları artacaq. 2001-ci ildən dövlət səviyyəsində yodlaşdırılmamış duza qarşı qanun qəbul edilsə də hələ də satışda yodlaşdırılmamış duzlar var. Satışda olan duzların üzərinə yodlaşdırılmış yazılmasına baxmayaraq, monitorinq keçirsək, onların çoxunun tərkibinin yodsuz olduğunun şahidi ola bilərik".

AİB sədri İqtisadiyyat və Sənaye Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin bu sahəyə ciddi nəzarətinə ehtiyac olduğunu dedi: "Monitorinqlər aparmalı, bu cür  məhsulların dükanlardan yığışdırılmasına nail olmalıdır".  

 

Zülfiyyə Quluyeva

 

Sizin Reklam Yeriniz