Əlaqə Arxiv
news Image
2014.11.05
14:00
| A A A
“Azərneftyağ” bağlanır
"Azərneftyağ" Neft Emalı Zavodunun yaxın 2-3 ilə istismarının dayandırılması planlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

ARDNŞ prezidenti qeyd edib ki, istismarın dayandırılmasından sonra zavodun binası da söküləcək: "Zavodun fəaliyyətinin dayandırılması üçün hazırlıq işləri görülür. Yəqin ki, 2017-ci ilə bitum və müəyyən yağ istehsalı Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçiriləcək. Bundan sonra isə zavodun istismarı dayandırılacaq", - deyə o əlavə edib.


Sizin Reklam Yeriniz