Əlaqə Arxiv
news Image
2014.11.05
20:09
| A A A
İnsan bədəninin 33 möcüzəsi

Budur ziddiyyət: hər dəfə özümüz haqqında yeni bir şey öyrənmək istəyəndə, öz bədənimizi nə qədər pis tanıdığımızın fərqinə varırıq. Halbuki, bədənimiz bizim dünyanı dərk etmək üçün başlıca alətimizdir. Hər saniyə bu unikal mexanizmdə minlərlə təəccüblü proses işə düşür. Movqe .az hazırda daxilimizdə nə baş verdiyini ətraflı öyrənməyi təklif edir.

1. İnsan barmaqları o qədər həssasdır ki, onlar Yer kürəsinin ölçüsündə olsaydı, siz ev və avtomobil arasındakı fərqi hiss edə bilərdiniz.

sciencedaily.com


2. İnsan bədəni 60 000 mil qan damarlarından ibarətdir. Bu ölçü bütün Yer kürəsini iki dəfə sarımağa kifayət edə bilər.

articles.mercola.com


3. İnsan gözü o qədər həssasdır ki, Yer kürəsi düz olsaydı, siz gecə qaranlığında 30 km məsafədə parlayan şamı görə bilərdiniz.

livescience.com


4. Siz qızaranda, mədənizin selikli qişası da qızarır.

sciencemuseum.org.uk


5. İnsan beyni dəqiqədə 1000 söz oxuya bilər.

spritzinc.com


6. Sizin göbəyinizin daxilində min bakteriya tropik meşə ölçüsündə ekoloji sistem formalaşdırır.

news.nationalgeographic.com


7. İnsan aşiq olduğu zaman onun beyni "amfetamin" qəbulu zamanı alınan hormon və sinirsistemləri kokteyli hasil edir. Bu isə ürək döyüntülərinin artmasına, iştahanın və yuxunun itirilməsinə və güclü çəki almağa səbəb olur.

en.wikipedia.org


8. Göz billurumuz olmasaydı, biz ultrabənövşəyi şüaları görə bilərdik. Əməliyyat nəticəsində göz billurları xaric olunan bəzi insanlar bu şüaları görürlər.

en.wikipedia.org


9. Yetkin insan 7,000,000,000,000,000,000,000,000,000 (7 oktrilyon) atomdan ibarətdir. Müqayisə üçün bildirək ki, qallaktikada təxminən üç yüz milyard ulduz var.

theguardian.com


10. Bizim əzələlərimiz əslində göründüyündən daha güclüdür. Bu güc adətən, insanın əzələ və vətərlərini zədələməməsi üçün məhdudlaşmış olur. Məhdudiyyəti adrenalin nəticəsində aradan qaldırmaq mümkündür. Məhz onun təsiri nəticəsində insanlar qaya parçalarını və avtomobilləri qaldıra bilirlər.

wikipedia.org


11. Biz planetdə uzaq məsafəyə ən yaxşı qaçanlarıq. İstənilən dördayaqlı heyvandan daha yaxşı. Doğrudan da, minlərlə il əvvəl biz ovumuz yorulub,ölənə qədər arxasınca qaça bilmişik.

slate.com


12. 30 dəqiqə ərzində insan bədəni 4 litr suyu qaynatmağa kifayət edəcək qədər isti hasil edir.

theguardian.com


13. Bizim bədənimizdə şimpanzedə olduğu qədər tük var. Onların əksəriyyəti o qədər lazımsız və nazikdir ki, az qala görünmürlər.

theguardian.com


14. Bu gün sizin orqanizminizin ibarət olduğu atomlar, 13.7 milyard il əvvəl Böyük Partlayış nəticəsində meydana gələn atomlardır.

theguardian.com


15. İnsan sümükləri qranit qədər bərkdir. Kibrit qutusu ölçüsündəki sümük parçası 9 ton ağırlığa dözə bilər.

listverse.com


16. İnsan beyni kompüter olsa idi, o saniyədə 38 min trilyon əməliyyat yerinə yetirə bilərdi. Dünyada ən güclü kompüter olan BlueGene bunun ancaq 0,002 %-ni edə bilər.

scientificamerican.com


17. Sizin gözlərinizdəki əzələlər nədəsə fokus olunduqda gündə 100,000 dəfə hərəkət edirlər. Ayaqlarınızdakı əzələləri bu qədər məşq etdirmək üçün ,siz hər gün təxminən 80 km yol getməlisiniz.

listverse.com


18.Hər bir kiloqram yaö və ya əzələyə görə, sizin bədəniniz 10 kilometr yeni qan damarları yaradır.

articles.mercola.com


19. İnsan DNT-si ,banan DNT-si ilə 50 % üst-üstə düşür.

nhm.ac.uk


20. Yalnızlıq fiziki ağrı verə bilər. Buna görə də, yalnızlıq ağrısından yayınmaq istəyirsinizsə, başqa insanlarla ünsiyyətdə olmaq üçün sizin aktiv stimulunuz var.

articles.mercola.com


21. Hər saniyə sizin bədəniniz 25 milyon yeni hüceyrə hasil edir.

gizmodo.com


22. İnsanlar qaranlıqda işıq saçırlar. Sadəcə bu işıq gözlərimizin seçə bildiyindən 1000 dəfə zəifdir.

io9.com


23. İnsan hər ay "qabığını" tamamilə yeniləməklə, ömrü boyu təxminən 40 kiloqram dəri "atır".

listverse.com


24.Bizim beynimizin birləşmiş neyronları kainatın strukturuna oxşayır. Hansısa anlamda beyin kainata bənzər yaradılıb.

disinfo.com


25. Hüceyrələrimizin 90 %-i bizi o qədər də insan etmir - əsasən biz göbələk və bakteriyayıq.

discovermagazine.com


26. İnsanların eşitmə, görmə, toxunma, zövq, iybilmə kimi beş ənənəvi hissləri ilə yanaşı, 15 "başqa" hissləri də var. Onlara tarazlıq, temperatur, ağrı, zaman, bundan başqa daxili hisslər - təngnəfəslik, istək və darıxma aiddir.

en.wikipedia.org


27.Siz düşündüyünüzdən bir az daha çox varlısınız. Bizim hər birimizin daxilində təxminən 0,2 milliqram qızıl var. Onun əksər hissəsi qanımızda həll olunub. Təəssüf ki, sizə səkkiz qramlıq qızıl pulu düzəltmək üçün 40 min insanın qanı lazım gələcək.

telegraph.co.uk


28. Bizim beynimiz orqanizm tərəfindən istehlak olunan kalori və oksigenin 20%-ini istifadə edir. Baxmayaraq ki, yetkin insan bədəninin 2%-ini təşkil edir.

listverse.com


29. Bəzi qadınlar başqalarına nisbətən daha çox rəng görürlər. İnsanların əksəriyyətində 3 tip rəng resoptorları var. Belə qadınlardan isə resoptorların sayı 4 və ya hətta 5 ola bilir. Bu isə onlara daha geniş rəng spektrini görməyə imkan verir.

articles.mercola.com


30. "Sinesteziya" adlanan vəziyyət insanı bir hissi başqa hiss vasitəsilə duymağa məcbur edir. Başqa sözlə, bəzi insanlar səslə dada baxa bilər və ya rəngləri eşidə bilər.

articles.mercola.com


31. Nəfəs almaq zərurəti oksigenə olan tələbatdan daha çox karbon 2-oksidin toplanması ilə bağlıdır. Əgər karbon qazını qandan çıxartmaq mümkün olsaydı, biz dəqiqədə təxminən 1 dəfə nəfəs ala bilərdik.

huffingtonpost.com


32. Ağlamaq stresi aradan qaldırır və insanlara nifrət və qəm hisslərini azaltmağa imkan verir. O fiziki olaraq problemlərin öhdəsindən gəlməyə kömək edir.

huffingtonpost.com


33. Bizim göz yaşlarımız da onların əmələ gəlməsi səbəblərindən asılı olaraq müxtəlif strukturlara malik olur. Mikroskop altında kədər, ümid gözyaşları soğan kəsərkən yaranan göz yaşlarından fərqli görünür.

Sizin Reklam Yeriniz