Əlaqə Arxiv
news Image
2014.11.05
18:20
| A A A
Bakı metrosunda mühüm yenilik

Bakının metro stansiyalarında kartyükləmə aparatları yeniləri ilə əvəz olunacaq.

Bunu SalamNews-a Bakı Metropoliteni qapalı səhmdar cəmiyyətinin mətbuat katibi Nəsimi Paşayev bildirib.

O, artıq bununla bağlı müzakirələrin aparıldığını söyləyib:

"Bakı Metropolitenində yeni texnologiyaların tətbiqi ilə əlaqədar kartyükləmə aparatlarının dəyişdirilməsi də nəzərdə tutulub. Lakin hələlik gözləyirik. Məlum olduğu kimi, hazırda ictimai nəqliyyatda vahid kart sisteminə keçilməsi ilə bağlı işlər aparılır. Qərar verilərkən digər funksiyalı aparatların alınması da nəzərdə tutula bilər."

Sizin Reklam Yeriniz