Əlaqə Arxiv
news Image
2014.11.06
10:00
| A A A
Hava mülayimləşir

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 3-6, gündüz 9-14 dərəcə isti olacaq. Rayonlarda da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında çiskin olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Aran rayonlarında temperatur gecə 1-6 dərəcə, gündüz 10-15 dərəcə isti, dağlıq ərazilərdə gecə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz