Əlaqə Arxiv
news Image
2014.11.06
11:45
| A A A
Diaspor və media münasibətləri müzakirə edilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının "1905.az" portalının Diskussiya Klubunda növbəti müzakirə keçirilib. Diaspor Jurnalistləri Birliyindən movqe.az-a verilən məlumata görə, "Bizim diaspor, bizim media" adlı dəyirmi masa, portalın Diaspor Jurnalistlər Birliyi ilə müştərək təşkilatçılığı sayəsində baş tutub. Müzakirələrdə "1905.az" portalından Fuad Babayev, Diaspor Jurnalistlər Birliyindən Fuad Hüseynzadə, Diasporla iş üzrə Dövlət Komitəsindən Elşad Miraləm, "karabakhinfo.com" beynəlxalq elektron jurnalından Zaur Əliyev, baymedia.az saytından Əli Zülfüqaroğlu və Elnur Eltürk, "Binəqədi" qəzetindən Siyavuş Əmirli və Vətənpərvər Gənclər Klubunun nümayəndəsi Vüqar Nuriyev iştirak ediblər. İnternet körpü vasitəsilə Diaspor Jurnalistlər Birliyinin Ukrayna təmsilçisi Qaraş Tağıyev də müzakirələrə qatılıb. Azərbaycan diasporunun fəaliyyətinin yerli, həmçinin xarici mediada işıqlandırılması sahəsində rast gəlinən problemlərin həlli imkanları tədbirdə geniş müzakirə edilib.

Sizin Reklam Yeriniz