Əlaqə Arxiv
news Image
2014.11.06
12:50
| A A A
MTRŞ-dan Təranə Qumral və Nazənin davasına kəskin-REAKSİYA
""ANS-də yayımlanan "Bazar səhəri" verilişində baş verən hadisələrlərə görə, məsuliyyət yayımçıların üzərinə düşür. Çünki, qaydaya görə, verilişlərdə milli-mənəvi dəyərlərə riayət olunması tələbi var. Və efirə çıxan qonaqların biri-birinə qarşı əxlaqa zidd fikirlər səsləndirməsinə yayımçılar şərait yaratmamalıdırlar".

Bu sözləri Movqe.az-a  "ANS" də yayımlanan "Bazar səhəri" verilişində müğənnilərin biri-birinə qeyri-etik fikirlər səsləndirməsinə münasibətində Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib. T. Dadaşov deyib ki, son vaxtlar telekanallardakı verilişlərdə reytinq xatirinə bu cür qalmaqallara, qeyri-etik ifadələrin işlədilməsinə şərait yaradılır: "Həmin verilişlə bağlı ictimai qınaq oldu. Telekanalları başa düşürük, reytinqdə biri-birindən önə keçmək, verilişi baxınmlı etmək istəyirlər. Amma bu yollarla reytinq əldə etmək də düzgün deyil. Bizim də yayımçılara tövsiyyələrimiz budur ki, efirdən nalayiq ifadələrin, qeyri-etik ittihamların səsləndirilməsinə şərait yaratmasınlar. Çünki, telekanallarda yayımlanana verilişlərdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı tələb var. Aparıcılar da, bu tələblərə əməl etməlidirlər".       

Sizin Reklam Yeriniz