Əlaqə Arxiv
news Image
2014.11.06
14:41
| A A A
Böyük rəhbərin nitqində din mövzusu

Heydər Əliyev bənzərsiz şəxsiyyət olmuşdur.O həm də bənzərsiz nitqləri ilə xalqın yaddaşında qalmışdır.Hər hası bir mövzuda müstəqil nitq və fikir söyləyə bilmiş, heç vaxt çaşmamışdır.Böyük rəhbərin yaddaqalan mövzusundan biri də onun din ocaqlarında, dini mərasimlərdə, beynəlxalq dini auditoriya və konfranslarda etdiyi çıxışlardır.

Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra din sahəsində gərginliyin azaldılması, dini vəziyyətin yaxşılaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Azərbaycanın tutduğu demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu millətin özünü dərindən dərk etməsini tələb edir, milli özünüdərk isə millətin ictimai və dini fikrinə, adət-ənənələrinə müraciət edilməsini labüd edir.

1993-cü ildə Ümummilli liderimizin "Allahın yolunda hamımız hür olaq" adlı kitabı Azərbaycan və bir neçə xarici, o cümlədən ərəb dilində nəşr olundu.

Ümummilli lider, ulu öndər, ХХ əsrin görkəmli ictimаi-siyаsi və dövlət хаdimi Heydər Əliyevin fəаliyyətini əks etdirən İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Kasablanka zirvə toplantısındakı çıxışında (13 dekabr 1994-cü il) qeyd edir ki, çoxəsrlik tarixi, zəngin mənəvi və maddi irsi olan Azərbaycan xalqı hələ miladın yeddinci

əsrindən islam dünyasının bir hissəsini təşkil edir. Avropa və Asiya arasında mühüm coğrafi-siyasi məkanda yerləşən Azərbaycan həmişə bir çox dövlətlərin diqqət mərkəzində olmuş, müxtəlif sivilizasiyalar arasında körpü rolunu oynamışdır. XIX əsrin əvvəllərində Azərbaycan uzunmüddətli dövlətlərarası müharibələr nəticəsində öz dövlətçiliyindən

məhrum olmuş, sonra isə keçmiş Sovet İttifaqının bir hissəsinə çevrilmişdir. Bu illər ərzində bizim müsəlman məsləklimiz ciddi sınaqdan keçmiş, Azərbaycan xalqı öz dini hisslərini açıq ifadə edə bilməmişdir. Amma bu hissləri biz içimizdə yaşatmışıq, qoynumuzda saxlamışıq, hətta ən ağır dövrlərdə öz dinimizə etiqad bəsləmişik.

Sovet İttifaqı dağıldıqdan sonra, 1991-ci ildə istiqlaliyyət əldə etməklə biz yenidən öz kökümüzə qayıtmış, din azadlığımıza nail olmuşuq. Elə həmin il Azərbaycan İslam Konfransı Təşkilatına daxil olmuşdur, onun tədbirlərinin fəal iştirakçısıdır və onun bütün strukturları ilə əməkdaşlıq edir. Müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra mən müsəlmanlıq borcuma əməl edərək, Məkkə və Mədinə şəhərlərinə gedib müqəddəs ziyarətgahlara səcdə qılmışam, ümrə mərasimini yerinə

yetirmişəm. Azərbaycan Respublikasının Prezidenti kimi mən öz qardaşlarımla - müsəlman dövlətlərinin başçıları ilə şəxsi münasibətlər yaratmağa, aramızda həmrəyliyi möhkəmlətməyə böyük əhəmiyyət verirəm. Əminəm ki, Mərakeşdəki Zirvə görüşü Azərbaycanın bütün islam dünyası ilə əməkdaşlığının genişlənməsinə və

dərinləşməsinə kömək edəcəkdir.

Dilçılıklə məşgul olan alimlər bildirirlər ki, H.Əliyevin nitqində sadə danışıq dil üslubu, aydın, ardıcıl cümlələrlə fikri yetkin, dolgun ifadə etməmək də fitrətən olmuşdur.

1994-cü ilin iyul ayında müqəddəs "Məkkə və Mədinə"yə ümrə səfərinin yekunları bunu bir daha əməli surətdə təsdiq etdi. Ulu öndər həmin səfər zamanı müsəlman dünyasının dövlət başçıları, din xadimləri ilə görüşlər keçirdi. SƏUDİYYƏ ƏRƏBİSTANINA – MÜQƏDDƏS MƏKKƏ VƏ MƏDİNƏ ŞƏHƏRLƏRİNƏ ZİYARƏTDƏN SONRA BAKIDA TƏZƏPİR MƏSCİDİNDƏ DİN XADİMLƏRİ İLƏ GÖRÜŞDƏ ÇIXIŞI (29 iyul 1994-cü il) tarixidir. Böyük rəhbər deyir ki, mən Səudiyyə Ərəbistanının məliki, iki müqəddəs şəhərin xadimi Fəhd ibn Əbdül Əziz əl-Səud cənablarının dəvəti ilə bu ölkədə rəsmi səfərdə olmuşam və həmin ölkədəki müqəddəs yerləri ziyarət etmişəm, respublikamız üçün çox əhəmiyyətli olan danışıqlar aparmışam. Müsəlman aləmində, ərəb dünyasında, ümumən dünyada görkəmli yer tutan Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələr yaranması üçün lazımi işlər görmüşəm.Azərbaycan Respublikası öz müstəqilliyinin ilk addımlarını atır...

Bu səfəri fərqləndirən digər cəhət ondan ibarətdir ki, həmin ölkədə müsəlmanların müqəddəs ziyarətgahları yerləşir: Məkkə, Kəbə, Mədinə, Həzrəti Məhəmməd Peyğəmbərin qəbri və məscidi hər bir müsəlman üçün olduqca əziz və müqəddəsdir. Bu müqəddəs yerlərdə Azərbaycanın bu günü və gələcəyi

haqqında arzuları bəyan etmək, indiki ağır dövrdə Allahdan xalqımıza rəhm və kömək diləmək mənim üçün böyük şərəf idi. Səfərin əhəmiyyəti bir də ondan ibarətdir ki, mən və məni müşayiət edən şəxslər müsəlmanların müqəddəs yerlərini ziyarət etdik. Mən Məkkədə, Kəbənin önündə müsahibə verərkən demişdim və bunu bir daha təkrar edirəm ki, müqəddəs yerləri ziyarət etmək, özümü o yerlərlə bağlamaq mənim illərlə, on illərlə ürəyimdə gəzdirdiyim ən böyük arzum idi. Ona görə də bu ziyarət mənim üçün çox böyük həmiyyət kəsb edir. Biz Məkkədə müsəlmanların ən müqəddəs yerlərini ziyarət edə bildik. Məkkə şəhəri özü müqəddəs bir yerdir. Bilirsiniz ki, Məkkənin girəcəyinə hələ 50 kilometr qalmış möhkəm yoxlanış məntəqələri var və qeyri-müsəlman şəxs bu şəhərə daxil ola bilməz. Kəbəni görmək, müqəddəs Qara Daşı öpmək, ona toxunmaq, onu ziyarət etmək, Kəbənin içərisinə daxil olmaq, orada namaz qılmaq, dua etmək mənə nəsib oldu.

Müqəddəs adət-ənənələrə görə biz Kəbənin ətrafına dolandıq, iki dağ arasında olan məsafəni qət etdik. Biz ziyarətin əsrlərdən-əsrlərə keçən bütün qaydalarına riayət etdik. Əlbəttə, bu, məcburi deyil. Lakin bu, şəxsən mənim illərlə qəlbimdə yaşatdığım arzular idi. Bu arzular həm o yerləri görməkdən, həm də adət-ənənələrə

uyğun olaraq ibadət etməkdən ibarət idi. Çox xoşbəxtəm ki, bunların hamısı mənə nəsib oldu. Mən orada namaz qıldım, dua etdim, qəlbimdə olan arzularımı bəyan etdim.

Bildiyiniz kimi, Mədinə şəhərində də olmaq, oranı ziyarət etmək hər bir müsəlman üçün müqəddəs bir işdir. Mən Mədinədə Həzrəti Məhəmməd Peyğəmbərin qəbrini ziyarət etdim. Peyğəmbərin namaz qıldığı məbədin qarşısında namaz qıldım, onun qəbri üzərində o dövrdə tikilmiş məsciddə oldum, orada ibadət etdim,

Peyğəmbərin namaz qıldığı minbərin pilləsində oturub, Quranı öpüb gözümə, alnıma basdım. Mədinədəki bütün ziyarət yerlərini ziyarət etdim. Orada müxbirlər hansı hisslər keçirdiyimi, ürəyimdə hansı arzular olduğunu məndən tez-tez soruşurdular. O zaman da demişdim, sizin qarşınızda da deyirəm ki, mən orada indiyə qədərki həyatımda ən yüksək mənəvi hisslər keçirdim, qəlbim sevindi, ruhum şadlandı. Çünki mən anadan müsəlman kimi doğulmuşam, müsəlman kimi yaşamışam. Nəhayət, müsəlman üçün müqəddəs olan bu yerləri ziyarət etmək mənim ən böyük arzum idi. İndi bu arzuma, bu niyyətimə çatmışam. Orada dua edərkən Allahdan bir arzum olmuşdur ki, Azərbaycanın müstəqilliyini daimi etsin, respublikamızı bugünkü bəlalardan xilas etsin. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün bizə yardımını əsirgəməsin, Azərbaycanın sərhədlərinin toxunulmazlığını daim təmin etməkdə həmişə bizə köməkçi olsun, Azərbaycanın müharibə vəziyyətindən çıxması, müharibəyə son qoyulması üçün həyata keçirdiyimiz tədbirlərin müvəffəqiyyətlə başa çatmasına kömək etsin... Mən müqəddəs yerləri ziyarətdən bir neçə gün bundan qabaq qayıtmışam. İş yerimdən kənara ilk

addımım buraya – Təzəpir məscidinə olub. Ziyarətdə də biz Allahın birinci evində, müsəlmanların evi Kəbədə, Məkkədə, Mədinədə olmuşuq. Respublikamızda da mən ilk addımı Allah evinə, məscidə atmışam, sizin qarşınızda çıxış edirəm. Bir sizin qarşınızda yox, bütün Azərbaycan xalqı qarşısında öz fikirlərimi deyirəm. Belə bir şəraitdə, dövrdə bu duyğularla, hisslərlə yaşamalıyıq. Bu ağır vəziyyətdən çıxmaq üçün xalqımıza dözüm, dəyanət lazımdır. Mən bunu Allahdan arzu etmişəm. İndi üzümü sizə, xalqa tutub müraciət edirəm:

Xalqımız dözümlü, dəyanətli, cəsarətli olsun ki, biz düşmənin təcavüzünün qarşısını ala bilək. Bizim siyasətimiz sülhsevər siyasətdir. Müharibəyə son qoymaq istəyirik, müharibəni sülhlə qurtarmaq istəyirik. Ancaq sülh ədalətli olmalıdır. Ədalət də ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş bütün ərazisi

Ermənistan təcavüzkarlarından azad edilməli, Azərbaycan xalqı bütün ərazisinin hakimi olmalıdır, Azərbaycan Respublikasının sərhədləri toxunulmaz olmalıdır. Biz bu şərtlər əsasında sülh danışıqları aparırıq, məsələnin sülh yolu ilə başa çatdırılmasına çalışırıq. Güman edirəm ki, biz buna nail olacağıq (Yerdən səslər:

Amin)...Bizim dövlətimiz, ölkəmiz öz milli, mənəvi, dini dayaqlan üzərində qurulub və bundan sonra da yaşayacaqdır. Amma bunların hamısını təmin etmək üçün gərək hər bir vətəndaşımız öz vətəndaşlıq borcunu yerinə yetirsin, öz vətəndaşlıq məsuliyyətini dərk etsin. Əgər hər bir vətəndaş, hər bir azərbaycanlı dərk edə bilsə ki, müstəqil Azərbaycanın yaşaması, qalib gəlməsi və gələcəyə uğurla getməsi onun kiçik fəaliyyətindən də asılıdır, o bunu edəcəkdir. Sizin də, bizim də borcumuz ondan ibarətdir ki, hər bir vətəndaşı – gəncləri də, yaşlı adamları da, sizin kimi müdrik ağsaqqalları da, dindarları da – hamını agah edək ki, bu ağır dövrümüzdə hər bir vətəndaşın, hər bir azərbaycanlının mövqeyindən, fəaliyyətindən, cəmiyyətə göstərdiyi xidmətdən dövlətimizin, cəmiyyətimizin müqəddəratı, bu günü və gələcəyi asılıdır...


H.Əliyev demişdir:


"İnsan hər bir səfərdən, ziyarətdən qayıdarkən bir töhfə gətirir. Oradan gələn ən böyük töhfə mənə verilmiş Qurani-Kərimdir. Xoşbəxtəm ki, orada mənə Qurani-Kərimin çox nüsxələrini bağışladılar. Mən bunları gətirmişəm və şeyxülislama təqdim edirəm ki, Azərbaycanın məscidlərinə paylasın. Gətirdiyim bu Quranı və

çox gözəl səslə oxunan Quran ayəsi yazılmış kasetləri şəxsən Təzəpir məscidinə hədiyyə edirəm. Yəni müqəddəs yerdə mənə verilmiş bu hədiyyələri gətirib buraya çatdırmağı özümə borc bilirəm. Mən oradan, müqəddəs Kəbənin müqəddəs "Zəm-zəm" suyundan da bir qədər gətirmişəm, onu da Təzəpir məscidinə verirəm. Güman edirəm ki, bu gün Təzəpir məscidinə toplaşanlar mənim Kəbədən, Məkkədən gətirdiyim "Zəm-zəm" suyundan istifadə edəcəklər."


Görkəmli dövlət xadimi İslam dininin mütərəqqiliyini qeyd edərək onun insanların mənəvi dünyasının paklanmasında rolunu yüksək qiymətləndirdiyini bəyan etdi: "Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və eyni zamanda İslam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz peşəsini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır".


"İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir". (Heydər Əliyev)

"İslam sülh dinidir, mehribanlıq dinidir, dözümlülük dinidir, tolerantlıq dinidir". (İlham Əliyev)


Bütün bunları müdrik siyasi xadim kimi nəzərə alan Heydər Əliyev 5 sentyabr 1993-cü ildə Təzəpir məscidində Məhəmməd Peyğəmbərin mövludu münasibətilə keçirilən mərasimdə çıxış edərək demişdir: "Biz bir dövlət kimi Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq". Ulu Öndər bütün sonrakı dövr ərzində bu vədinə əməl etmiş, dinin, dini təsisatların və etiqadların müasir Azərbaycan cəmiyyətində oynadıqları rola diqqətini azaltmamışdır.


1996 və 1997-ci illərdə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanunununa əlavə və dəyişikliklər edildi. Dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyuldu, dövlətin din sahəsinə və dindarlara qayğısı artdı. Heydər Əliyev davamlı olaraq dövlətin din sahəsində siyasətinin əsas istiqamətləri barədə ardıcıl bəyanatlar verdi. Azərbaycanda dünyəvi dövlət quruculuğunun davam etdiriləcəyini, eyni zamanda dövlətin milli-mənəvi dəyərlərinin qorunmasına böyük önəm verəcəyini bildirdi: "Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik".


8 aprel 1998-ci ildə Qurban bayramı münasibətilə Mir Möhsün Ağanın ziyarətgahında keçirilən bir görüşdə qeyd etmişdir ki: "İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim sərvətimizdir. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır".


1-2 oktyabr I998-ci ildə Bakıda keçirilən "Müasirlik və dini-mənəvi dəyərlər" adlı beynəlxalq konfransda Ümummilli Lider dünyəvi dövlətdə etiqad azadlığı prinsipini daha geniş açıqlayaraq demişdir ki: "Dövlətimiz insanlara bütün azadlıqları vermiş və vicdan azadlığını, din azadlığını öz siyasətinin əsas hissəsi hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası (18, 48-ci maddələr) din və vicdan azadlığını təsbit etmiş, biz isə bir dövlət kimi bunun təmin olunmasının qarantıyıq. Bəli, ona görə də bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik".


Ulu Öndər dövlətin dini dəyərlərin qorunmasına xüsusi önəm verəcəyini bəyan etdi:


"Biz heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq". Azərbaycan xalqının öz adət-ənənələri, milli-mənəvi dəyərləri ilə fəxr etməsi barədə bəyanat verdi: "Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalq yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir".

Görkəmli dövlət xadimi İslam dəyərlərini xalqımızın milli sərvəti kimi dəyərləndirdiyi barədə fikirlərini açıqladı: "Xalqımızın çoxminillik tarixi var və çox əsrlərdir ki, İslam dininə itaət edirik. İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dəyərləri hamısı birlikdə bizim milli sərvətimizdir. Biz fəxr edə bilərik ki, xalqımız çox dəyanətli xalqdır və zaman-zaman, əsrlər boyu cürbəcür məhrumiyyətlərə məruz qalaraq bütün bu adət-ənənələri unutmayıb. Nə vaxt ki, rəsmi dairələr bunu qadağan edib, yaxud da buna mənfi münasibət göstərib, insanlar bunu qəlbində, öz ailəsində, evində yaşadıblar. Hətta bizim bəzi fədakar insanlar bu adət-ənənələrimizi yaşatdıqlarına görə çox əziyyətlər çəkiblər, bəzən də məhrumiyyətlərə, cəzalara məhkum olublar".

Heydər Əliyevdən gətirdiyimiz iqtibaslar onun xalqımızın ümumi və bəşəri dəyərlərə yiyələnməsində İslamın rolunu yüksək qiymətləndirdiyini göstərir.

Ulu Öndərin dövlət-din münasibətlərinin qanunçuluq bazasının yaradılmasında, bu normativ hüquqi sənədlərin ardıcıllıqla həyata keçirirlməsində, milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında misilsiz xidmətlər göstərdiyini nümayiş etdirir.

Möhtərəm prezidentimiz İlham Əliyev də, dövlət-din münasibətlərində yaranmış ənənəni uğurla davam etdirir.


Masallı-Bakı-Moskva-Bakı-Murmansk.

Sizin Reklam Yeriniz