Əlaqə Arxiv
news Image
2014.11.07
09:45
| A A A
İraq DİN-i: Parisdə “İŞİD”-in 200 nəfərədək üzvü olan bölməsi fəaliyyət göstərir

Suriya və İraqda böyük ərazilər ələ keçirmiş "İŞİD" terror qruplaşmasının 200 nəfərədək üzvü olan bölməsi Fransanın paytaxtı Parisdə fəaliyyət göstərir. Movqe.az-ın "İTAR-TASS"-a istinadən verdiyi xəbərə görə, bunu İraqın daxili işlər nazirinin müavini Adnan əl Əsədi bəyan edib.

"İnterpol"un Baş Assambleyasının Monakoda keçirilmiş iclasında çıxış edən nazir müavinin sözlərinə görə, qeyd olunan qruplaşmanı İraq və Fransa kəşfiyyatı aşkarlayıb. Hazırda onların gizli müşahidəsi aparılır. "Bölmənin üzvlərinin sayı artıq 200-ü keçib", deyə əl Əsədi bildirib.

Onun sözlərinə görə, İraq və Fransa kəşfiyyatı qurumları bir həftə əvvəl məxfi əməliyyat keçirib. Lakin məmur təfərrüatları açıqlamaqdan imtina edib. Aşkarlanmış qrupun üzvlərinin milliyyəti məlum deyil. Həmçinin saxlanılanların olub-olmaması barədə də heç bir məlumat yoxdur.


Sizin Reklam Yeriniz