Əlaqə Arxiv
news Image
2014.11.08
10:05
| A A A
Mənzildən meyidi tapıldı

Movqe.az xəbər verir ki , Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1940-cı il təvəllüdlü Valodin İqor Borisoviç köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar. Mənzilə baxış keçirilərkən İ.Valodin huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətandaşın vəfat etdiyi müəyyən olunub. Meyit aidiyyəti üzrə təhvil verilib.

Sizin Reklam Yeriniz